
Mingəçevir Dövlət Universitetinin (MDU) yeni kampusunun tikinti işlərinə rəsmi olaraq start verilib. Bu münasibətlə universitetin rektoru Anar Eminov kampus ərazisinə baxış keçirib, burada aparılan işlərlə tanış olub.
7 hektar ərazidə inşa ediləcək müasir kampus universitet kollektivi və tələbələr üçün geniş imkanlar yaradacaq. Burada aşağıdakı infrastruktur obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur:
- Tədris binaları
- Konfrans zalı və kitabxana
- Tələbə yataqxanaları (oğlan və qızlar üçün), müəllimlər üçün studio tipli mənzillər
- Hotel binası
- Peşə məktəbi
- Açıq və qapalı idman zalları
- Müasir laboratoriyalar
- Biznes inkubasiya və startap mərkəzləri
- Tələbələr üçün müxtəlif istirahət və asudə guşələr
Layihənin reallaşması ilə MDU yalnız təhsil məkanını deyil, həm də tələbələrinin gələcəyini və sabahını inşa edir, regionun aparıcı ali təhsil müəssisələrindən biri kimi öz mövqeyini qoruyur.





