AFFA Santuşun istefasını istəyir


Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya məğlub olub - 0:5.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlama verib.
Qurum rəsmisi bildirib ki, bu nəticədən sonra baş məşqçi ilə yollar ayrılmalıdır: “Biz Fernandu Santuşdan istefa gözləyirik. O, istefa verməsə, bu haqda lazımi tədbirləri görəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Ukrayna yığmasına qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top