Suares 6 oyunluq cəza aldı


ABŞ-nin “İnter Mayami” futbol klubunun uruqvaylı hücumçusu Luis Suares Liqa Kubokunun final oyununda məğlubiyyətdən sonra “Sietl Saunders” klubunun əməkdaşlarından birinə tüpürdüyünə görə 6 oyunluq diskvalifikasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Bununla yanaşı, oyunsonrası dava ilə əlaqədar, “Sietl Saunders” komandasının baş məşqçisi Stiven Lenhart 5 oyun, “İnter Mayami”nin futbolçuları - müdafiəçi Tomas Aviles 3 oyun və yarımmüdafiəçi Serxio Buskets 2 oyun diskvalifikasiya edilib.
Diskvalifikasiya yalnız Liqa Kuboku oyunlarına aiddir və diskvalifikasiya edilmiş şəxslərin Böyük Futbol Liqasının (MLS) oyunlarında iştirakına mane deyil.
Qeyd edək ki, qarşılaşma sentyabrın 1-də baş tutub və “Sietl Saunders” komandasının qələbəsi ilə (3:0) başa çatıb. Oyundan sonra texniki zonaya gedən Suares rəqib komandanın heyət üzvlərindən birinə tüpürüb. Futbolçu daha sonra davranışına görə üzr istəyib.

DİGƏR XƏBƏRLƏR

Top