Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycanın hava məkanından keçdi


Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı vasitəsilə xaricə səfərə gedib və sentyabrın 6-na keçən gecə Ermənistana geri qayıdıb.
Yeniavaz.com
“Armenpress” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları baş nazirin təyyarəsi üçün hava keçidi ilə bağlı Azərbaycana müraciət edib və müsbət cavab alıb.
“Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində əməli addım kimi qiymətləndiririk”, - o, bildirib.
“Xatırladım ki, Azərbaycan təyyarələri artıq uzun müddətdir ki, ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsi üçün Ermənistanın hava məkanından istifadə edir", - Baqdasaryan əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top