Fransada muzeydən 9,5 milyon avroluq çini oğurlandı


Naməlum şəxslər Fransanın Limoj kommunasında Adrien Dübuş adına Milli Farfor Muzeyini qarət ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Paris Match” jurnalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, oğrular muzeyə daxil olaraq, ən azı 9,5 milyon avroluq eksponatları oğurlayıblar.
Oğrular içəri girmək üçün pəncərəni sındırıblar.
Nəşr bu eksponatların fərdi şəxsə məxsus olduğunu və Çin çini məmulatlarının müvəqqəti sərgisində təqdim edildiyini bildirib.
Muzey oğruların 14-cü və 15-ci əsrlərə aid iki Çin çini qabını və 18-ci əsrə aid bir Çin çini vazasını oğurladığını, hər üç əşyanın “milli sərvətlər” olduğunu qeyd edib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Mütəxəssislər dəyən ziyanı qiymətləndirməkdə davam edirlər.

DİGƏR XƏBƏRLƏR

Top