“Tesla” Maska 1 trilyon dollar təklif etdi


Amerikanın “Tesla” şirkəti baş direktor İlon Maska yeni təzminat sxemi təklif edib.
Yeniavaz.com
xəbər verir ki, “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, o, təzminat kimi görünməmiş bir məbləğ - 1 trilyon dollar ala bilər.
Şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına 10 il davam edəcək və yerinə yetirildiyi təqdirdə Maska şirkətin 25 faizinə nəzarət edəcək yeni planın təfərrüatları ilə bağlı ərizə təqdim edib.
Əsas şərt şirkətin bazar dəyərinin artmasıdır.
“2018-ci ildə İlon Maskdan “Tesla”nın dəyərini milyardlarla dollar artırması tələb olunurdu. 2025-ci ildə ondan trilyonlarla artım tələb olunur. Dəqiq desək, o, səhmdarların bonus alması üçün təxminən 7,5 trilyon dollar əlavə dəyər yaratmalıdır”, - sənəddə deyilir.
Qeyd edək ki, sentyabrın 5-də elan edilən plan səhmdarlar tərəfindən təsdiqlənməlidir. Bundan əlavə, ola bilsin ki, onun icrasına əvvəllər olduğu kimi məhkəmələr mane ola bilər.
Mask şirkətdəki işinə görə maaş almır; onun inkişafına verdiyi töhfə bonuslar hesabına ödənilir.
Xatırladaq ki, hazırda “Tesla” 1 trilyon dollardan bir qədər çox qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top