“ABŞ Rusiya ilə həmsərhəd olan Avropa ölkələrinə hərbi yardımı dayandıracaq” − FT


“Birləşmiş Ştatlar Şərqi Avropa ölkələrində Rusiya ilə münaqişə vəziyyətində cəbhə xəttində qala biləcək qoşunların hazırlanması və təchiz edilməsi proqramının maliyyələşdirilməsini dayandırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, Pentaqonun dünyanın hər yerindən müttəfiq ölkələrin qoşunlarını öyrətdiyi və təchiz etdiyi “333-cü bölmə” kimi tanınan proqrama aiddir. Avropada bu yardımın əsas alıcıları Estoniya, Latviya və Litvadır.
Qeyd edilib ki, 2018-ci ildən 2022-ci ilə qədər ABŞ bu proqrama avropalı tərəfdaşları dəstəkləmək üçün 1,6 milyard dollar xərcləyib ki, bu da “333-cü bölmə”yə əsasən qlobal xərclərin təxminən 29%-ni təşkil edib. Proqram üçün vəsait Konqres tərəfindən təsdiqlənir və hazırda 2026-cı ilin sentyabr ayına qədər ayrılır - Ağ Ev yeni pul tələb etməyəcək.
FT-nin məlumatına görə, Pentaqon nümayəndələri avropalı diplomatları keçən həftə maliyyələşdirmənin dayandırılması barədə məlumatlandırıblar. Nəşrin mənbələri bildiriblər ki, avropalılar bu məlumatdan “şoka düşüblər”. İndi rəsmilər bunun Avropa təhlükəsizliyinin kritik elementlərinə təsir edib-etməyəcəyini anlamağa çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top