
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya Federasiyasının sığorta vəsaitinin ödənilməməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz faciə ilə bağlı insanların emosional reaksiyasına hesablanmış tanış olan kinik üslubda bir fərziyyə ilə üzləşirik. Belə eyhamlar reallığa uyğun gəlmir. Bu yalandır”, - nazirlikdən bildiriblər.
Rusiya diplomatik missiyası bildirib ki, təyyarənin xəsarət almış sərnişinlərinə və həlak olanların yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib.