Mitroviç “Əl Hilal” klubu ilə müqaviləsini ləğv etdi


30 yaşlı serbiyalı hücumçu Aleksandar Mitroviç Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu ilə müqaviləsini ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, Mitroviç karyerasını Qətərdə davam etdirəcək.
Jurnalistin sözlərinə görə, serbiyalı hücumçu “Əl Rayyan”la razılığa gəlib.
Qeyd edək ki, Mitroviç 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı klubuna keçib. O ölkə çempionatında 51 oyuna çıxıb, 48 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top