
Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda “Qloriya” funikulyorunun relsdən çıxması nəticəsində baş vermiş qəzada ölənlərlə bağlı başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında məlumat dərc olunub.
“Baş vermiş faciəvi qəza bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz