
İran avqustun 26-da İslam Respublikasını antisemitizmi dəstəkləməkdə ittiham edən və İran səfirini ölkədən çıxaran Avstraliyanın qeyri-dost hərəkətlərinə cavab olaraq, simmetrik tədbirlər görüb.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
“Diplomatik qanunlara uyğun olaraq, Avstraliyanın hərəkətlərinə cavab olaraq İran da Avstraliyanın İrandakı diplomatik mövcudluğunun səviyyəsini azaldıb. Avstraliya səfiri artıq ölkəni tərk edib”, - Bəqai qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz