
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2205 nəfərə çatıb, 3640 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Taliban”ın rəsmi nümayəndəsi Həmdullah Fitrat bildirib.
“Kunarda zəlzələ qurbanları haqqında yenilənmiş məlumat belədir: Ölənlərin ümumi sayı 2205-ə, yaralıların sayı isə 3640-a çatıb”, - deyə Fitrat “X” sosial şəbəkə hesabında yazıb.
Qeyd olunub ki, zəlzələdə itkin düşmüş şəxslərin axtarışı davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz