Qazaxıstanda XİN başçısnın saxlanılması xəbəri təkzib olundu – Yenilənib


Qazaxıstanın xarici işlər naziri Murat Nurtileunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “KazTAG” nəşri mənbəyə istinadla məlumat yayıb.
“Nurtileunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil, bu, feyk xəbərdir”, - mənbə bildirib.

***13:28
Qazaxıstanın xarici işlər naziri Murat Nurtileu və iş adamı Hacı Hacıyev saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Orda.kz məlumat yayıb.
Bildirilib ki, bu gün xarici işlər naziri Murat Nurtileu, iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək vəzifəli şəxsləri saxlanılıb.
“Bu məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyib.
Xarici işlər naziri Murat Nurtileu evində müstəntiqlər tərəfindən saxlanılıb. O, bundan əvvəl Çində keçirilən ŞƏT sammitində iştirak edib və yalnız dünən ölkəyə qayıdıb. Nazirin və Hacıyevin evlərində də axtarış aparılıb. Milli Təhlükəsizlik Komitəsinin saxlanılan vəzifəlilərinin adları müəyyənləşdirilir”, - nəşr yazır.

DİGƏR XƏBƏRLƏR

Top