
Prezident İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Yusif Səmədoğlu 1998-ci ildə 62 yaşında vəfat edib.
Tətbiqimizi yükləyə bilərsiniz