“Nobel Sülh mükafatına iddia etmirəm” – Tramp


ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına iddia etmədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
Amerika lideri sadəcə olaraq insanların həyatını xilas etmək istədiyini qeyd edib.
“Mənim edə biləcəyim tək şey müharibələrə son qoymaqdır. Mən diqqət və ya qayğı istəmirəm. Mən sadəcə olaraq insanların həyatını xilas etmək istəyirəm", - ABŞ Prezidenti deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyi dünya mediasında geniş müzakirə olunur. Artıq bir neçə dövlət onun namizədliyinin irəli sürülməsi ilə bağlı rəsmi məktubla müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top