
ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri və Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru vəzifəsini icra edən Şon Daffi “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz Aya faydalı yüklər göndərmək və orada baza tikmək istəyirik, sonra isə 2030-cu illərin əvvəllərində Marsa getmək istəyirik. Bu, 8 aylıq missiya olacaq”, - o, qeyd edib.
“Ümid edirəm ki, gələn apreldə göyərtəsində dörd astronavt olan gəmi Ayın ətrafında uçacaq. Sonra biz Aya enəcəyik və orada 8-12 gün qalacağıq. Bundan əvvəl Ayda ən uzun qalma müddəti 3 gün olub”, - Daffi əlavə edib.
Bu missiya ilə ABŞ ikinci kosmos yarışında qalib gəlmək istəyir.