Tramp yaxın günlərdə Putinlə telefonla danışacağına ümid edir


ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağına ümid edir. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən çox yaxında Putinlə danışacam. Və ümumiyyətlə, nə edəcəyimizi başa düşəcəm”.
O, ABŞ-nin Ukraynada nizamlanma kontekstində əvvəllər çox qətiyyətli tədbirlər gördüyünə əmin olduğunu bildirib:
“Yaxın bir neçə gün ərzində Putinlə danışacağam. Və nə baş verdiyini dəqiq biləcəyəm. İstəyirəm ki, bütün bunlar dayansın. Məncə, həll yolu yaxşı olacaq. Biz Ukraynaya pul verməyi dayandırmışıq. Biz digər NATO ölkələrinə silah göndəririk, onlar pulu tam ödəyir”.
Vaşinqtonun Kiyevə dəstəyindən danışarkən o, vurğulayıb:
“ABŞ-nin 46-cı prezidenti Co Bayden 350 milyard dolları belə axmaqlıqla xərcləyib. Bütün bunların başlamasının səbəblərindən biri də budur”.

DİGƏR XƏBƏRLƏR

Top