Daha 14 rusiyalıya sanksiya tətbiq edildi – İlham Rəhimov da siyahıdadır


Avstraliya hökuməti “Rusiyanın Ukraynaya hücumlarını dəstəkləməkdə” ittiham etdiyi 14 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penni Vonq keçirdiyi brifinqdə 2024-cü ilin fevralında Rusiya həbsxanasında dünyasını dəyişən müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə görüşdüyünü bildirib.
Vonq Rusiyanı Navalnının ölüm şəraiti ilə bağlı müstəqil və şəffaf araşdırma aparmaqdan imtina etməkdə ittiham edib.
Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində Rusiyada söz azadlığına mane olan və Rusiyanın Ukraynaya hücumlarını dəstəkləyən 14 nəfərə qarşı sanksiyalar tətbiq edilib.
Siyahıya Moskva merinin müavini Maksim Liksutov, təbliğatçı Kristina Potupçik, Mərkəzi Bankın sədrinin keçmiş birinci müavini Kseniya Yudayeva, Fövqəladə Hallar Nazirliyinin rəis müavini Denis Popov, baş nazirin keçmiş müavini Yuri Borisov, Tatarıstanın keçmiş prezidenti Mintimer Radik Şaymiyevin oğlu Radik Şaymiyev, iş adamı İlham Rəhimov və milyarder Andrey Kozitsın da daxil ediliblər.
Qeyd edək ki, İlham Rəhimov Azərbaycan əsilli rusiyalı milyarder və Rusiya Prezidenti Vladimir Putinin dostudur.

DİGƏR XƏBƏRLƏR

Top