“TikTok”da qadınların səhifələrinə kiberhücumlar edən şəxs saxlanıldı – Video


DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TikTok”, “Instagram” və bu kimi sosial şəbəkələrdən istifadə edən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən 22 yaşlı Rəşad Məmmədovu saxlayıb.
Yeniavaz.com
Nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, araşdırmalarla, R.Məmmədovun zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsi ilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşdığı müəyyən olunub.
“Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.
Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top