Tramp 19-cu əsr qanunlarını pozmaqda ittiham olunur


Kaliforniya ştatının federal hakimi ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın hökumətin immiqrasiya siyasətinə qarşı etirazlarına cavab olaraq, Milli Qvardiyanın Los-Ancelesə göndərilməsi ilə federal qanunları pozduğuna qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, 52 səhifəlik sənəddə hakim Çarlz Breyer prezident və onun administrasiyasının daxili qanunların mühafizəsini təmin etmək üçün hərbi qüvvələrdən istifadəni qadağan edən 1878-ci il “Posse Comitatus” Aktını pozduğuna qərar verib.
Breyer administrasiyaya hazırda Kaliforniyada yerləşən Milli Qvardiyadan istifadəni qadağan edib.
Kaliforniya qubernatoru Gevin Nyusom qərara cavab olaraq, məhkəmənin demokratiya və konstitusiyanın tərəfində olduğunu bildirib. O, əlavə edib ki, heç bir prezident, hətta Tramp da kral deyil və buna görə də, dövlətin öz xalqını qorumaq səlahiyyətini tapdalaya bilməz.
Qeyd edək ki, iyunun 8-də Tramp Los-Ancelesdəki etirazları dağıtmaq üçün 2000 Milli Qvardiya əsgərinin yerləşdirilməsi haqqında memorandum imzalayıb.
Nyusom Amerika liderinin qərarını “məqsədyönlü təxribat” adlandırıb və onu məhkəməyə verəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top