
Daxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Yeniavaz.com İdarənin yaydığı məlumata istinadla xəbər verir ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir müddət əvvəl övladı 21 saylı uşaq bağçasına gedən valideyn şikayətində bildirib ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.
Tətbiqimizi yükləyə bilərsiniz