“15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq” – Deputat


“Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır”.
Yeniavaz.com
xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, şəhər ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir:
“Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?
Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə, işlərin daha da sürətlənməsi və 24 saatlıq iş rejiminə keçilməsi lazımdır ki, layihələr daha tez bitsin.
Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top