Husilər BMT-nin 19 əməkdaşını saxlayıb


“Ənsar Allah” hərəkatının üzvləri (husilər) Yəmənin paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən azı 19 əməkdaşını saxlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.
O, saxlanılanlardan 18-nin yəmənli, birinin isə əcnəbi əməkdaş olduğunu bildirib.
Düjarrik həmçinin, husilərin əvvəllər BMT-nin 23 əməkdaşını saxladıqlarını bildirib. O, saxlanılanlardan bəzilərinin 2021-ci ildən həbsdə olduğunu qeyd edib.
BMT rəsmi nümayəndəsi bütün saxlanılanların dərhal azad edilməsinə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top