
Razia İsayeva Xəzər Universitetinin rektoru təyin olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
Bildirilib ki, bu barədə bu gün ali təhsil ocağının Elmi Şurasında qərar qəbul olunub.
“Bu təyinatdan əvvəl o, universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı kimi fəaliyyət göstərib.
Razia İsayeva həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində “Layihələrin idarə olunması” üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib”, - məlumatda deyilir.