CHP-nin daha iki bələdiyyəsində əməliyyat – Saxlanılanlar var


Türkiyədə hüquq-mühafizə orqanları aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəetməsində olan daha iki bələdiyyədə əməliyyat keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.
Bildirilir ki, söhbət İstanbulun Avcılar və Beşiktaş bələdiyyələrindən gedir.
Məlumata görə, əməliyyat çərçivəsində 7 nəfərin saxlanılması ilə bağlı qərar çıxarılıb.
Qeyd olunur ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Mədəniyyət və incəsənət şöbəsinin müdiri Hüseyn İnan və Nəqliyyat Xidmətləri departamentinin direktoru Murat İpşir də saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top