Bakıda yolu qaçaraq keçən piyadanı avtomobil vurdu – Video


Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün axşam saatlarında Nəsimi rayonu, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə anının kadrlarını təqdim edirik:

Qeyd edək ki, NİİM həm piyadalara, həm də sürücülərə müraciət edib. Müraciətdə deyilir:
1. Piyadalar avtomobillərin qarşısından qaçaraq yolu keçməməlidirlər. Bu, olduqca təhlükəlidir!
2. “Keçid olmasa da olar deyib, yolu keçməyin”. Piyadalar daha çox keçiddən kənar yerlərdə qəza qurbanı olur. Yolu yalnız piyada keçidlərindən keçin!
3. Svetoforlu keçidlərdə yaşıl işığın yanmağını gözləmədən yolu keçmək təhlükəlidir!
4. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, piyadalara yol verməlidirlər. Yolun ən hassas iştirakçılarına qarşı diqqətli olmalıdırlar.

DİGƏR XƏBƏRLƏR

Top