“ABŞ Rusiya və Ukrayna ilə bağlı mövqeyinə yenidən baxa bilər” – Tramp


“Ankoricdə keçirilən son sammit Vaşinqtonun gözlədiyi nəticəni verməsə, ABŞ Rusiya və Ukrayna ilə bağlı mövqeyini dəyişəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bir neçə həftə əvvəl Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə həqiqətən çox yaxşı görüşüm oldu. Bunun nəyə gətirib çıxaracağını görəcəyik. Əks halda, biz fərqli mövqe tutacağıq”, - Tramp qeyd edib.
O, ABŞ-nin mövqeyində hansı dəyişikliklərin olacağını dəqiqləşdirməyib.

DİGƏR XƏBƏRLƏR

Top