
İsrail qoşunları Qəzzanı ələ keçirmək üçün quru əməliyyatına başlayıb.
Yeniavaz.com “ABC News” telekanalına istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir səfərbər edilmiş ehtiyatda olan əsgərlərə müraciət edərkən deyib.
“Əməliyyatımızda zərbələrimizi gücləndirəcəyik və buna görə də, sizi çağırdıq. Artıq Qəzzada quru əməliyyatına başlamışıq”, - o qeyd edib.
İsrailin baş naziri Binyamin Netanyahu da ehtiyatda olan əsgərlərə müraciət edib.
Netanyahu videomüraciətində, "Sizə, İsrail ordusunun əsgərlərinə, ehtiyatda olan əsgərlərə və ailələrinizə dərin təşəkkürümü bildirmək istəyirəm. İndi həlledici mərhələdəyik. Mən sizə inanıram, sizə güvənirəm və bütün xalq sizin arxanızdadır”, - deyib.
Qeyd edək ki, Təl-Əviv avqustun əvvəlində Qəzzaya tam nəzarəti bərqərar etmək qərarını vermişdi.