Livanlı muzdlunun həbsxanada aclıq etməsi barədə məlumat yalandır


Qarabağda döyüşməkdə təqsirli bilinərək, 20 il müddətinə azadlıqdan məhrum edilmiş livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın aclıq etməsi barədə Ermənistan mətbuatında məlumat yayılıb. Ermənistan KİV-i yazır ki, Viken Eulcekcian artıq 20 gündür, aclıq aksiyasına başlayıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, livanlı muzdlunun aclıq etməsi barədə Ermənistan mətbuatının yaydığı informasiya həqiqətə uyğun deyil.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Viken Eulcekcian 2021-ci ildə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

Top