
ABŞ Prezidenti Donald Trampın ailəsinin sərvəti “World Liberty Financial” tərəfindən WLFI kriptovalyutası ilə ticarətə başlamasından sonra 5 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Qeyd olunur ki, bir il əvvəl investorlar WLFI-ni 0,015 dollara alıblar. Sentyabrın 1-də isə ən məşhur kriptovalyuta birjası olan “Binance”də token təxminən 0,3 dollar dəyərində ticarətə başlayıb.
“Bu, Amerika prezidentinin və onun oğullarının gözlənilməz gəlir əldə etdiyini təsdiqləyir”, - qəzet yazır.
Nəşr 6,1 milyard dollar sərvətə sahib olan Tramp ailəsinin cəmi bir gündə sərvətini daha 5 milyard dollar artırdığına diqqət çəkir.
WSJ qeyd edir ki, WLFI indi Trampların daşınmaz əmlak portfelini üstələyən ən qiymətli aktividir.