
Çeçenistan lideri Ramzan Kadırov süni intellektlə yaradılan ABŞ Prezidenti Donald Trampın milli geyimdə çeçen dilində danışdığı videonu yayımlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kadırov sosial şəbəkə hesabında paylaşım edib.
“Mən çeçenəm... Mənim adım Donald Trompayev. Anam Roşni-Çudan, atam Martandandı (Çeçen kəndləri)”, - videoda deyilir.
Videodakı “Tramp” atasının Stalinin deportasiyası zamanı respublikanı tərk etməyə məcbur olduğunu, lakin o, öz köklərini heç vaxt unutmadığını iddia edir. O, həmçinin tezliklə “evə qayıdacağa” və çeçenlərə 16 yaşından pensiya “qoyacağına” söz verir.
“Donald Trampın çeçen olduğunu bilirdinizmi? Budur, bunu özü də təsdiqləyib. O, öz köklərini unutmayacağını vəd edir”, - Kadırov videonun təsvirində yazıb.