
Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Əliyev Fərhad, Əliyev Ağalar, 28 yaşlı Səfərov Əhliman, 34 yaşlı Qurbanov Heydər və 62 yaşlı Novruzov Nazimin xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40 min manat dəyərində 25 min qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub.
Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.