
Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirlib ki, Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
“Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1,5 ha sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub”, - məlumatda deyilir.