ABŞ Hərbi Dəniz Qüvvələri “Titanik”i axtarmaq adı ilə əməliyyat keçirirmiş – CNN


1985-ci ildə ABŞ hökuməti gizli hərbi sualtı qayıq əməliyyatını ört-basdır etmək üçün “Titanik” üçün axtarış təşkil edib.
Yeniavaz.com
CNN telekanalına istinadla xəbər verir ki, bu barədə kanala müsahibəsində axtarış ekspedisiyasının aparıcı tədqiqatçısı, okeanoqraf Robert Ballard bildirib. 
Ballardın ekspedisiyası 1985-ci il sentyabrın 1-də “Titanik”in qalıqlarını aşkar edib. Alim etiraf edib ki, 1912-ci ildə batan gəmini axtarmaq üçün əvvəlcə maliyyə tapa bilməyib. Lakin Ballardın “Argo” adlı dərin dəniz görüntü sistemləri ABŞ Hərbi Dəniz Qüvvələrinin diqqətini cəlb edib və onun missiyası gizli hərbi əməliyyatın pərdəsinə çevrilib. Belə ki, hərbi dəniz qüvvələrinin məqsədi bu sistemdən o cümlədən iki sualtı qayığın batma səbəblərini öyrənmək və bununla bağlı kəşfiyyat məlumatları toplamaq üçün istifadə etmək olub.
Ballard qeyd edib ki, onun komandası “Titanik”i axtarmaqla yanaşı, batmış “Thresher” və “Scorpion” sualtı qayıqları haqqında da məlumat toplayıb.
"O vaxt insanların çoxu, "Titanik"in axtarışlarının hərbi kəşfiyyat zabiti kimi apardığım son dərəcə məxfi hərbi əməliyyatını gizlətmək məqsədi daşıdığını bilmirdilər. Biz SSRİ-nin sualtı qayığımızın harada olduğunu bilməsini istəmirdik", - deyə o qeyd edib.
Alim qeyd edib ki, “Scorpion”un qalıqlarının axtarılması ona “Titanik”in batdığı yeri müəyyənləşdirməyə kömək edib.

DİGƏR XƏBƏRLƏR

Top