
Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının idarə heyətinin vəzifələrinə xitam verilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə CHP-nin 38-ci İstanbul qurultayında sədr seçilən Özgür Çelik və icraiyyə komitəsinin vəzifələrindən uzaqlaşdırılması və müvəqqəti icra heyətinin təyin edilməsi barədə qərar çıxarıb.
Məhkəmənin qərarı ilə, həmçinin CHP-nin 38-ci İstanbul qurultayının digər nəticələri də ləğv olunub.
Gürsel Tekin, Zeki Şen, Həsən Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət idarə heyəti İstanbul təşkilatına müvəqqəti qəyyum təyin edilib.
Məsələ ilə bağlı ilkin açıqlamasında Özgür Çelik bu barədə hələlik heç bir bildiriş almadıqlarını deyib. O, vəziyyəti anlamağa çalışdıqlarını bildirib.