
Ukraynaya qarşı müharibədə 2 minə yaxın Şimali Koreya əsgəri həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatının məlumatlarına istinadla “Yonhap” agentliyi məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, Pxenyan Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya üçüncü partiya çərçivəsində daha 6 minə yaxın əsgər göndərməyi planlaşdırır.
Agentliyin məlumatına görə, artıq minə yaxın istehkamçı Rusiyaya gedib.
Qeyd edək ki, keçən ilin oktyabrından Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləmək üçün 13 min əsgər və silah göndərib.
Tətbiqimizi yükləyə bilərsiniz