
Bu ilin ilk yarısında 2 milyon 590,7 min nəfər Azərbaycan vətəndaşı turizm məqsədi ilə ölkədaxili səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, turizm məqsədi ilə ölkə daxili səfər edən vətəndaşlar ümumilikdə 2 milyard 526,8 milyon manat pul xərcləyiblər.
Hər bir vətəndaş orta hesabla 975 manat pul xərcləyib.
Turizm məqsədi ilə xərclənən pulların 647,2 milyon manatı və ya 25,6%-i malların və hədiyyələrin alınmasına sərf olunub. Bundan başqa, 616,6 milyon manat və ya ümumi xərclərin 24,4%-i qidalanmaya yönəldilib. Xərclərin 18,5%-i (468 milyon manat) yerləşməyə, 14,7%-i (373,2 milyon manat) nəqliyyat, 4,1%-i isə (104,3 milyon manat) idman və əyləncə xidmətlərinə sərf olunub.
Yerli turistlərin ən az vəsait xərclədiyi istiqamət isə mədəniyyətlə bağlı olub. Turizm məqsədi ilə xərclənən pulların cəmi 1,4%-ni (35,4 milyon manat) mədəniyyətlə bağlı xərclər təşkil edib.
Elnur Əli