
Sentyabrın 15-dən Çin hakimiyyəti adi xarici pasportu olan Rusiya vətəndaşları üçün 30 günə qədər vizasız rejim tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun məlumat verib.
“Çin və digər ölkələrin vətəndaşları arasında qarşılıqlı səyahətləri daha da asanlaşdırmaq üçün Çin tərəfi vətəndaşlarının vizasız giriş hüququ olan ölkələrin sırasını genişləndirmək qərarına gəlib. 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək adi pasportlara malik Rusiya vətəndaşları üçün sınaq vizasız rejimi tətbiq olunacaq”, - o bildirib.
Rəsmi nümayəndə qeyd edib ki, ruslar Çinə iş, turizm, qohum və ya dostlarını ziyarət etmək və ya 30 günə qədər səfər mübadiləsi məqsədilə vizasız səfər edə bilərlər.
Tətbiqimizi yükləyə bilərsiniz