Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl Milli Parkı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Absheron Merkezı” MMC (VÖEN – 3103678821) olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Göygöl Milli Parkı “Toyota Absheron Merkezı” MMC-dən dəyəri 411 min 500 manat olan 5 ədəd pikap, 1 ədəd sedan tipli avtomobil alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oğludur.
Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top