
Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, görüş İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində baş tutub.
Tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Danışıqlardan sonra Pekin və Moskva enerji, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair 20-dən çox sənəd imzalayıblar.
İmzalanan sənədlər aerokosmik sənaye, kənd təsərrüfatı, səhiyyə, elmi tədqiqat, təhsil və media kimi sektorlara da aiddir.
Qeyd edək ki, ki, Putin avqustun 31-dən Çində səfərdədir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən Rusiya lideri, sentyabrın 3-də paradda da iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz