
“Venesuela qitəmizin son 100 ildə üzləşdiyi ən böyük təhlükə ilə üz-üzədir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro mətbuat konfransında deyib.
“1200 raketi olan səkkiz hərbi gəmi və bir nüvə sualtı qayığı ölkəmizə doğru gəlir”, - dövlət başçısı bildirib.
O, işğal təhlükəsini həddindən artıq, əsassız və tamamilə cinayət adlandırdı.
Prezident ABŞ-nin dövlət katibi Marko Rubionu Venesuelaya təzyiq etməkdə və Latın Amerikasında sabitliyi pozmaqda ittiham edib:
“Rubio qan tökmək və ABŞ Prezidenti Donald Trampın adını qana boyamaq, Venesuela, Cənubi Amerika və Karib hövzəsi xalqlarına qarşı müharibəyə başlamaq niyyətindədir”.
Maduro ABŞ prezidentinə sülh və dostluq çağırışı ilə müraciət edib:
Mən sülhə çağırıram və Venesuelada Tramp həmişə dostluq əli tapacaq. Rejim dəyişikliyi bütün dünyada uğursuz olub”.
Tətbiqimizi yükləyə bilərsiniz