Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs edildi


Kubandakı Azərbaycan diasporunun nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodarda yerləşən “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov Rusiyada həbs edilib.
Yeniavaz.com
“Kommersant”a istinadən xəbər verir ki, o, 919 milyon rubl dəyərində daşınmaz əmlakın mənimsəməsində cəhdlə bağlı cinayət işində şühbəli bilinir.
Bildirilib ki, Novruzov barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şahlar Novruzova qarşı irəli sürülən ittihamların mahiyyəti hüquq-mühafizə orqanları tərəfindən açıqlanmır. Bununla birlikdə, dərc edilmiş məhkəmə qərarından göründüyü kimi, iş daşınmaz əmlakının bazar dəyəri 919,4 milyon rubl olan müəyyən bir şirkətin nizamnamə kapitalındakı səhmlərin 100% mənimsənilməsi cəhdinə aiddir. İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Krasnodarın Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah şəhadətnaməsini təqdim ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin aktivləri mənimsəməyə çalışdıqları sənəd saxta olub.

DİGƏR XƏBƏRLƏR

Top