Zelenski Avropa liderləri ilə görüşmək üçün Parisə gedəcək


Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 4-də Parisdə Avropa liderlərinin görüşündə iştirak etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennıye Novosti” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, sammitin gözlənilən iştirakçıları arasında Fransa lideri Emmanuel Makrondan başqa Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də var.
Bir gün əvvəl “Financial Times” yazıb ki, Avropa İttifaqı liderləri və NATO baş katibi sentyabrın 4-də Parisdə keçiriləcək görüşdə Ukraynada nizamlanma məsələlərini müzakirə etməyi planlaşdırırlar.

DİGƏR XƏBƏRLƏR

Top