
“Telegram”da profildə musiqi nümayiş etdirmək üçün yeni funksiya əlavə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə messencer komandası məlumat yayıb.
Məlumata görə, bunun üçün istifadəçinin şəklinin altındakı treklər üçün ayrıca panel görünəcək və “Telegram”da istənilən söhbətlərdən musiqi əlavə etmək mümkün olacaq. Proses daxili mediapleyer vasitəsilə icra ediləcək. Profilə mahnı əlavə etdikdən sonra əvvəlki trekləri özündə birləşdirən pleylist yaradılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz