Yamal 21-ci əsrdə La Liqada penaltidən qol vuran ən gənc oyunçu oldu


Kataloniya “Barselona”sının ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatının 3-cü turunun “Rayo Valyekano” ilə matçının 40-cı dəqiqəsində penaltini yerinə yetirdikdən sonra 21-ci əsrdə La Liqada 11 metrlik zərbəni dəqiq yerinə yetirən ən gənc oyunçu olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Squawka” statistika portalı məlumat yayıb.
Məlumata görə, görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Statistika portalının məlumatına görə, matç zamanı Yamalın yaşı 18 yaş 49 gün olub.
Qeyd edək ki, kataloniya “Barselona”sının növbəti oyunu sentyabrın 14-də “Spotify Camp Nou” stadionunda “Valensiya”ya qarşı keçiriləcək.
Görüşün startı Bakı vaxtı ilə saat 21:00-a təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top