Qəzzada aclıqdan ölənlərin sayı 348 nəfərə çatdı – 127-si uşaqdır


2023-cü ilin oktyabrından Qəzza zolağının blokadası zamanı aclıqdan ölənlərin ümumi sayı 127-si uşaq olmaqla 348 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində aclıq və qida çatışmazlığından 3-ü uşaq olmaqla 9 ölüm faktını qeydə alıb. Bununla da, aclıqdan ölənlərin ümumi sayı 127-si uşaq olmaqla 348-ə çatıb”, - nazirliyin məlumatında qeyd edilib.
Qəzza rəsmilərinin məlumatına görə, 2023-cü ildə Qəzzada 4, 2023-cü ildə isə 50 nəfər aclıqdan ölüb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı avqustun 22-də ilk dəfə olaraq Fələstin anklavında fəlakətli aclıq vəziyyəti elan edib.
Qəzza administrasiyasının məlumatına görə, İsrail iyulun 27-dən avqustun 30-dək fələstinlilərə humanitar yardımın çatdırılmasını qismən bərpa etdikdən sonra 3188 yük maşınının zolağa daxil olmasına icazə verib ki, bu da əhalinin yardım ehtiyacının 15%-dən çoxunu ödəmir.

DİGƏR XƏBƏRLƏR

Top