“Bayer” Erik ten Haqı istefaya göndərdi


“Bayer Leverkuzen” klubu Almaniya çempionatının iki oyunundan sonra niderlandlı baş məşqçi Erik ten Haqla müqaviləyə xitam verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Daha sonra bu məlumatı klubun mətbuat xidməti də təsdiq edib.
Digər tərəfdən, ten Haqın “Bayer”dən istefası Almaniya çempionatı tarixində bir mövsüm başlayandan sonra məşqçinin ən sürətli istefasl olib.
Belə ki, ten Haq 2025-ci ilin mayında “Bayer”ə rəhbərlik edib və mütəxəssisin müqaviləsi 2027-ci ilə kimi hesablanıb.
Almaniya çempionatının ilk turunda “Bayer” “Hoffenhaym”a uduzub (1:2), daha sonra “Verder”lə heç-heçə edib (3:3). İkinci oyunda “Bayer” 3:1 hesabı ilə öndə olub və say üstünlüyünə malik olub.
Qeyd edək ki, ten Haqın 55 yaşı var və 2022-2024-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İngiltərə Kubokunu (2024) və Liqa Kubokunu (2023) qazanıb. Bundan əvvəl o, 2017-ci ildə “Ayaks”da baş məşqçi olub. Onun rəhbərliyi altında Amsterdam komandası üç dəfə Niderland çempionu olub, iki dəfə ölkə kubokunu və bir dəfə Niderland Superkubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top