
Rusiyada sentyabrın 1-dən miqrantlar üçün əlavə dövlət rüsumları, o cümlədən qeydiyyat, miqrasiya uçotu və iş icazəsi ilə bağlı rüsumlar tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib və bu dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib.
Beləliklə, miqrasiya nəzarətini gücləndirmək üçün bir sıra əlavə rüsumlar, o cümlədən xarici vətəndaşlara və ya vətəndaşlığı olmayan şəxslərə patent verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün - 4200 rubl, iş icazəsinin müddətinin uzadılması üçün - 4200 rubl tətbiq edilib.
Həmçinin, iş icazəsinin dublikatının verilməsinə, miqrantların və ya vətəndaşlığı olmayan şəxslərin iş icazəsinın alınmasına, patentin dublikatında olan məlumatlarda dəyişiklik edilməsinə görə də rüsum müəyyən edilib. Bunun üçün 2100 rubl rüsum nəzərdə tutulub.
Bundan əlavə, əcnəbi işçilərin işə götürülməsi üçün dublikat icazələrin verilməsinə, habelə onlara dəyişiklik edilməsinə görə - 2100 rubl, xarici vətəndaşların Rusiyada müvəqqəti qalma müddətinin uzadılmasına görə - 1000 rubl, olduğu yerdə qeydiyyata alınmasına görə isə 500 rubl dövlət rüsumu tətbiq edilib.
Tətbiqimizi yükləyə bilərsiniz