Husilər Yəməndə BMT-nin 11 əməkdaşını saxladı


“Ənsar Allah” hərəkatının üzvləri (husilər) Yəməndə BMT-nin 11 əməkdaşını saxlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında məlumat dərc olunub.
“Ən azı 11 əməkdaş saxlanılıb. Bundan başqa, BMT-nin daha 23 əməkdaşı həbsdədir, onlardan bəziləri 2021 və 2023-cü ildən həbsdə saxlanılır”, - məlumatda deyilir.
BMT-nin baş katibi Antonio Quterreş də hadisə ilə bağlı bəyanat yayıb. O, bəyanatında Yəmən və Sənada husilərin təşkilatın əməkdaşlarını özbaşına həbs etməsini, binalara zorla daxil olmasını və əmlakını müsadirə etməsini qətiyyətlə pisləyib.
Quterreş bəyanatında bütün saxlanılanların dərhal azad edilməsini istəyib.
Qeyd edək ki, bundan əvvəl husilər BMT-nin Ümumdünya Ərzaq Proqramının Sənadakı ofisində axtarışlar aparıblar və onun əməkdaşlarından birini saxlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top