
Türkiyənin “Superliqa” nəhəngi “Fənərbağça” klubu qapıçı Edersonun transferi üçün İngiltərənin “Mançester Siti” klubu ilə razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
“Ederson “Fənərbağça”ya keçir, hər şey hazırdır! Braziliyalı qolkiperin Türkiyə klubuna transferi ilə bağlı şifahi razılıq əldə olunub. Müqavilənin dəyəri təxminən 13-14 milyon avrodur. Futbolçunun agenti Xorxe Mendes və idman direktoru Devin Ozeklə də şərtlər razılaşdırılıb”, - deyə Romano bildirib.
Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Braziliyalının ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Premyer Liqanın cari mövsümünün ilk iki turunda İngiltərə klubunun qapısını Ceyms Trafford qoruyub.